Baş anbardar

ул. Ахмед Раджабли, Азербайджан, г. Баку
09/10/2024
Application ends: 27/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
27/10/2024

İşin təsviri

Irshad Electronics – Baş Anbardar (Nəqliyyat, Paylama və Logistika)

İş yeri: Irshad Electronics
Əmək haqqı: Müsahibə əsasında
İş saatları: Tam iş günü
Əlaqə: [email protected] (mövzu bölməsində “Baş anbardar” qeyd etməklə CV göndərin)

Vəzifə və öhdəliklər:

  • Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
  • Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
  • Anbardan malları yalnız cəmiyyət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
  • Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
  • Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə – boşaltma işlərini təşkil etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
  • Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin inkişafı/yaradılması və həyata keçirilməsində, Anbar təsərrüfatının təşkilinə müasir hesablama texnika, kommunkasiya və rabitə vasitələrinin tədbiqində iştirak etmək;
  • Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək;
  • Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını təşkil və nəzarət etmək;
  • Şirkətin keyfiyyət siyasət və hədəfləri istiqamətində işləmək.
  • Anbarı nizamlamalı və təmiz olmasını təmin etməli.
  • Anbarda iş təhlükəsizliyi, yanğın təhlükəsizliyi, oğurluq və təbii fəlakətlər kimi faktorlar mövzusunda alınan tədbirlərə riayət etməli.
  • Anbardakı malları gündəlik, haftəlik, aylıq sayılması.
  • Anbarda olan malları invertar nömrəsi ilə nömrələnməsini.
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və loqo proqramında kompüterə köçürülməsi.
  • Hər ayın sonu yekun məbləğin çıxarılması və bu məbləğin preseller, departament müdiri tərəfindən təsdiq olunması.
  • Uçotun müvafiq sahələri üzrə ilkin sənədlərin təkmilləşdirilməsini həyata keçirmək.
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək.

Namizədə tələblər:

  • Ali təhsil (Bakalavr)
  • Minimum 3 il təcrübə (kişilər üçün)
  • MS Office, 1C və kollektivlə işləmə bacarıqları
  • Yaş həddi: 25-40

Şirkət haqqında:

Irshad Electronics Azərbaycanda elektronika və məişət texnikası satışı üzrə tanınan mağaza şəbəkəsidir. 2000-ci ildən fəaliyyətə başlayıb və hazırda 37 şəhər və rayonda mağazalar şəbəkəsi mövcuddur.

Ünvan: ул. Ахмед Раджабли, Баку
Əlaqə nömrəsi: *0171
Vebsayt: www.irshad.az


#BaşAnbardarVakansiya #Nəqliyyatİşi #LogistikaVakansiya #IrshadElectronics #AnbarXidmətləri