İşin təsviri
Vəzifə öhdəlikləri:
- Yol hərəkəti qaydaları, əməyin mühafizəsi üzrə prosedurlar, tikinti ərazisinin planları və iş şəraitinə uyğun olaraq maşını tələb olunan ərazilərdə idarə etmək;
- Texnikanı professional şəkildə tikinti ərazisinin texniki tələblərinə uyğun olaraq idarə etmək;
- Tikinti ərazisinin tələblərinə əsasən istismar üzrə texniki xidmət, yağlama və təmizlik işlərini yerinə yetirmək;
- Tikinti ərazisinin texniki tələblərinə uyğun olaraq cari təmir işlərini yerinə yetirmək;
- İnşaat sahəsinin və yolun hamarlanması, lazımi daşınmanın həyata keçirilməsini icra etmək.
Tələblər:
- Sürücülük vəsiqəsi (traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi)
- Bu sahə üzrə ən azı 3-5 il iş təcrübəsi
- İdarə etdiyi texnikanın texniki özəlliklərini bilmək
- Diqqətcillik və məsuliyyətli olmaq.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini müraciət etdiyi “Bekoloder operatoru” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə və ya aşağıdakı nömrələr ilə əlaqə saxlaya bilər.
+994 55 254 44 40
+994 55 205 10 93
#Azinvest #BekoloderOperatoru #Tikinti #Vakansiya #Logistika #Kəlbəcər #İnşaat
Şirkət haqqında
Şirkət yaşayış binalarının, ictimai və sənaye obyektlərinin, habelə telekommunikasiya obyektlərinin tikintisi, təmiri və yenidən qurulması və digər tikinti-quraşdırma işlərinin aparılması ilə məşğuldur.
- Ünvan: Bakı şəh , Səbail rayonu, Gülaba Əliyev 9
- Əlaqə nömrəsi: 0557525011
- Vebsayt: azinvest.co.az