CRM rəhbəri

118 Ziya Bünyadov prospekti, Bakı, Azerbaijan
23/09/2024
Application ends: 18/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
18/10/2024

İşin təsviri

Əsas tələblər:

  • CRM sahəsində 3-5 illik təcrübə
  • Ali təhsil
  • Sərbəst kompüter istifadəçisi 
  • Xarici dil biliyi üstünlükdür ( Rus, İngilis) 
  • Analiz, problemlərin həlli və qərarvermə;
  • Keyfiyyətə fokuslanma;
  • Dəqiqlik və təfsilatlara yönümlülük.
  • CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübə;
  • Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli 
  • Yaradıcı, məsuliyyətli, analiz edə bilmə, kollektivlə işləməyi bacarmalıdır;
  • Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;

Vəzifə öhdəlikləri:

  • Müştərilərin saxlanılmasına və loyallığının artırılmasına kömək edən CRM strategiyalarının planlaşdırılması və tətbiqi;
  • Müştəri məlumat bazasının yaradılması və yeni müştərilər haqqında məlumatın vaxtında, tam və keyfiyyətli ötürülməsinin təşkili və nəzarətdə saxlanılması;
  • Gündəlik olaraq müxtəlif metodlardan istifadə edərək hədəf göstəricilərinə çatmaq üçün müxtəlif meyarlara görə müştəri bazasının seqmentasiyası;
  • Təkmilləşdirmə üzrə təkliflər hazırlamaq;
  • CRM kampaniyaların qurulması, sms, email və zəng siyahıları vasitəsilə  birbaşa əlaqə zamanlamasının yaradılması;
  • CRM kampaniyaların effektivliyi, məlumat bazasının cari vəziyyəti, yaranmış çətinliklər və s. barədə hesabatların hazırlanması.

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
  • 6 günlük iş rejimi;
  • Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “CRM rəhbəri” yazaraq öz şəkilli CV-lərini qeyd edilmiş e-mail ünvanına yollaya bilərlər.

#AutoAzerbaijan #CRMİşi #AvtomobilVakansiya #BakıVakansiya #Satışİşi #CRMManager #AvtomobilSahəsi #Vakansiya #Karyeraİmkanı #CRMExpert

Şirkət haqqında – Auto Azerbaijan

Azərbaycanın dinamik avtomobil bazarında sahib olduğu lider mövqeyini hər zaman qorumağı bacaran “Auto Azərbaycan” şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Baş ofisi İstanbulda (Türkiyə) yerləşir. Başda avtomobil olmaqla, pərakəndə və maliyyə sahələrində də fəaliyyət göstərən “NAB Holding”ə daxil olan “Auto Azərbaycan” şirkəti ölkəmizdə dünyaca məşhur “Hyundai” avtomobil markasının rəsmi eksklüziv distribütorudur.