Deklarant (Logistika mütəxəssisi)

Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
05/10/2024
Application ends: 04/11/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
04/11/2024

İşin təsviri

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionları üzrə topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Gömrük Bəyənnamələrinin elektron qaydada doldurulması və elektron imza ilə təsdiqlənməsi
  • Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük rəsmiləşdirilməsi üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
  • Gömrük hesabatlarının düzgün işlənilməsi və lazımi şöbələrə təqdim edilməsi
  • Yola çıxan idxal mallarını daşıyan nəqliyyat vasitələrinin izlənilməsi
  • Yolda olan yüklər üçün qısa idxal bəyannamələrinin hazırlanması
  • Boşaltma yerlərinə çatan yüklərin əsas gömrük bəyannaməsinin düzənlənməsi
  • Müəyyən logistik işlərin koordinasiyası
  • Görülən işlərin hesabatlarının hazırlanması və rəhbərə təqdim edilməsi

Namizədə tələblər:

  • Gömrük Bəyannamələrinin növləri haqqında biliklərin olması
  • Müvafiq sahə üzrə iş təcrübəsi
  • İşində operativ, punktual məsuliyyətli və dəqiq olması
  • Microsoft Office proqramlarından istifadə bacarığı
  • Analitik düşüncə tərzi
  • Ünsiyyət qurma və komandada işləmə bacarığı

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Karyera yüksəlişi imkanı;
  • Korporativ mobil nömrə.
  • Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Deklarant” yazıb göndərməklə müraciət edə bilərsiniz. 

#Superfon #Deklarant #Logistikaİş #Bakıİş #İşElanı #Karyeraİmkanı #Gömrükİşi #Vakansiya #Mütəxəssis