İşin təsviri
Şirkət haqqında:
2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil telefonların aksesuar və ehtiyat hissələrinin, kiçik məişət əşyalarının Azərbaycanın bütün şəhər və regionları üzrə topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Sizləri peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə öhdəlikləri:
- Gömrük Bəyənnamələrinin elektron qaydada doldurulması və elektron imza ilə təsdiqlənməsi
- Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük rəsmiləşdirilməsi üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
- Gömrük hesabatlarının düzgün işlənilməsi və lazımi şöbələrə təqdim edilməsi
- Yola çıxan idxal mallarını daşıyan nəqliyyat vasitələrinin izlənilməsi
- Yolda olan yüklər üçün qısa idxal bəyannamələrinin hazırlanması
- Boşaltma yerlərinə çatan yüklərin əsas gömrük bəyannaməsinin düzənlənməsi
- Müəyyən logistik işlərin koordinasiyası
- Görülən işlərin hesabatlarının hazırlanması və rəhbərə təqdim edilməsi
Namizədə tələblər:
- Gömrük Bəyannamələrinin növləri haqqında biliklərin olması
- Müvafiq sahə üzrə iş təcrübəsi
- İşində operativ, punktual məsuliyyətli və dəqiq olması
- Microsoft Office proqramlarından istifadə bacarığı
- Analitik düşüncə tərzi
- Ünsiyyət qurma və komandada işləmə bacarığı
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- Karyera yüksəlişi imkanı;
- Korporativ mobil nömrə.
- Müraciət qaydaları:
CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Deklarant” yazıb göndərməklə müraciət edə bilərsiniz.
- Ünvan: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
- Əlaqə nömrəsi: 0512015515 , 0512058862
- Vebsayt: superfon.az
#Superfon #Deklarant #Logistikaİş #Bakıİş #İşElanı #Karyeraİmkanı #Gömrükİşi #Vakansiya #Mütəxəssis