İşin təsviri
Şirkət: MG TRANSPORT MMC
Vakansiya: Dispetçer (Logistika və yük nəqliyyat daşımaları üzrə)
Əmək haqqı: Müsahibə əsasında namizədin təcrübəsinə uyğun təyin olunacaq
İş yeri: Bakı şəhəri, Yasamal rayonu, H.B. Zərdabi 89 (Grand Park Yaşayış Kompleksi)
İş barədə məlumat:
- Şirkətə məxsus yük maşınlarının beynəlxalq marşrutlarını planlaşdırmaq və nəzarət etmək
- Sürücülərlə əlaqə saxlamaq, onların iş qrafikini tənzimləmək və təlimatlandırmaq
- Nəqliyyat vasitələrinin və sürücülərin sənədlərinin reyestrini aparmaq və nəzarətdə saxlamaq
- Yüklərin vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin etmək
- Gömrük, anbar və digər tərəfdaşlarla əməkdaşlıq qurmaq
- Yük daşımaları zamanı problemləri operativ həll etmək və alternativ marşrutlar təklif etmək
- Yük maşınlarının texniki vəziyyətinə nəzarət etmək və təmir vaxtını təyin etmək
Namizədə dair tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Logistika və nəqliyyat sahəsində minimum 2 il iş təcrübəsi
- Rus dilini sərbəst bilmək (İngilis dili üstünlükdür)
- MS Office proqramlarından istifadə bacarığı
- Məsuliyyətli, detallara diqqətcil və operativ olmalı
İş şəraiti:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
- Həftənin 5 iş günü
Əlaqə:
Müraciət etmək istəyən namizədlər CV-lərini “Mövzu” bölməsində Dispetçer (Logistika üzrə mütəxəssis) yazmaqla [email protected] və [email protected] ünvanına göndərə bilərlər.
Əlavə suallar üçün əlaqə: Whatsapp: 010 232 91 19 (Aynur Hüseynova)
#DispetçerVakansiya #Logistikaİşi #Nəqliyyatİdarəetmə #YükDaşımaları #MGTransport #BakıİşElanları #İşVakansiya #KaryeraFürsətləri #BeynəlxalqYükDaşıma