Gömrük işləri üzrə mütəxəssis

Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
26/09/2024
Application ends: 25/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
25/10/2024

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Gömrük prosedurları (qısa idxal, idxal, ixrac) üçün təqdim edilən sənədlərin və məlumatların düzgünlüyünün yoxlanılması, çatışmayan sənədlərin və məlumatların tələb edilməsi,
  • Gömrük bəyannamələrinin (qısa idxal və əsas bəyannamə) tərtib edilməsi, portala işlənməsi, gömrük əməliyyatlarına nəzarət edilməsi, buraxılış alınaraq yüklərin müəssisə ərazisinə göndərilməsini təmin etmək,
  • İxrac əməliyyatı üçün sənədlərin hazırlanması, tələb edilən sertifikat və icazələrin alınması, bəyannamənin tərtib edilməsi, gömrük prosesinə nəzarət edilməsi,
  • Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyinə, Gömrük bəyannamələrinin tərtib edilmə qaydalarına, Gömrük tarifi haqqında qanuna, Hava nəqliyyatında Baş Gömrük və Bakı Baş Gömrük idarələrinin iş rejimlərinə uyğun Gömrük işlərinin təşkili və icrası, Gömrük orqanları ilə daima ünsiyyətin qurulması.                     

Seçim meyarları:

  • İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il
  • Təhsili/ixtisası: Ali təhsil
  • Bacarıqlar: MS office proqramları
  • Dil bilikləri: Rus, İngilis  
  • Sürücülük vəsiqəsi: B kateqoriya (şəxsi avtomobil olması üstünlükdür)
  • Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)                                                                                                                                                        

İş şərtləri:

  • Struktur: İxdal və ixrac şöbəsi
  • İş rejimi: 5 gün 09:00 – 18:00
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı

Əlavə üstünlüklər: 

  • Nahar, telefon limiti, yanacaq limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.   

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “Gömrük işləri üzrə mütəxəssis” başlığı altında [email protected]  ünvanına göndərmələri xahiş olunur.

#Azertexnolayn #GömrükMütəxəssisi #Vakansiya #Nəqliyyat #Logistika #İdxal #İxrac #Sumqayıtdaİş #Gömrük #LogisticsJobs

Şirkət haqqında

2012-ci il Fevral ayında Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir.

2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir.