İşin təsviri
Vəzifə öhdəliyi :
- Dinamik və statik yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün ilməyin qurulması və bağlanması və bərkidilməsi qaydasını bilmək;
- Kran maşinistinə siqnal, işarələrin verilməsi və yükün qaldırılması, daşınması və qoyulması zamanı yükə nəzarət etmək;
- Yükün kütləsi və ölçülərinə əsasən lazımi yük tutucu vasitələrin seçilməsi qaydasını bilmək;
- Yük tutucu vasitələrin yararlı olub-olmamasının müəyyənləşdirmək;
- Yüklərin sarınması və qaldırılması işini yüklərin sarınması sxeminə müvafiq aparmağı bacarmaq;
- Daşınan yüklərin kütləsinin və ağırlıq mərkəzinin gözəyarı müəyyənləşdirilməyi bilmək;
- Sadə ağır və çox da mürəkkəb olmayan yüklərin ilməyinin qurulması, qaldırılması və qoyulması qaydasını bilmək;
- Yüktutucu vasitələrin istismar müddətini və onların yükgötürmə qabiliyyətini bilmək;
- Yük tutucu vasitələrin iş prinsipini bilmək;
- Yüklərin yığılma qaydalarını və ölçülərini bilmək;
- Yük tutucu vasitələri səliqəli və işə yararlı vəziyyətdə saxlanması üzrə tələbləri bilmək;
- Əmək intizamına, iş yerində davranış standartlarına, SƏTƏMM qaydalarına ciddi riayət etmək;
- İlk yardım qaydalarını bilmək;
- İstehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilmək;
- Xidmət edilən kranın və onun mexanizmlərinin quruluşunu;
- Yüklərin yerdəyişmə üsullarını;
- İnşaat materiallarının daşınması;
- Krana qoşulan bütün növ yüktutucu (qarmaq, spreyder, maqnit, qreyfer və s.) avadanlıqların qoşulmasında iştirak etmək;
- Yükaşırma prosesində risklərin müəyyən edilməsində iştirak etmək;
- Kranın istifadəsi zamanı nasazlıqları aşkar etmək və kran operatoruna məlumat vermək;
- Əl rıçaqları və pedallar vasitəsilə kranı şassi üzərində döndərmək və qaldırılacaq yükə görə oxun çıxışını nizamlamaq və qarmağı lazımi məsafədə endirib qaldırmaq;
- Kranla əməliyyatlar edərkən dəqiq hesabat aparmaq və qəbul edilmiş standartlar əsasında işi yerinə yetirmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın mühafizə qaydalarına riayət etmək.
Ümumi tələblər :
- Tələb edilən sahə üzrə sertifikat (lisenziya əsasında fəaliyyət göstərən müəssisənin cari il üçün nəzərdə tutulan və yaxudda yenilənmiş setifikatı);
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- Fiziki cəhətdən sağlam;
- Məsulliyyətli və komandada işləmə bacarığı.
İş yeri :
- Bakıxanov qəsəbəsi, Metro Park Bakikhanov tikinti layihəsi
CV məlumatlarınızı aşağıda qeyd edilən e-mail adresinin mövzu hissəsinə vakansiyanın adını qeyd etməklə göndərin.
#İlməkçiVakansiyası #Siqnalçı #Nəqliyyat #Logistika #İşElanı #Bakı #Tikinti #YükDaşıma #Vakansiya #İşAxtarışı #Komandaİşi #BakıdaİşElanı