İşin təsviri

Təsvir

  • Gündəlik laboratoriya əməliyyatlarının idarə edilməsi (avadanlıqların rezervasiyası, iş sahələrinin paylanması, istifadəçi girişi).
  • Alətlərin, materialların və ehtiyat hissələrin inventarının qorunması; təchizat və tədarükçülərlə əlaqələr(gərəkdiyi halda).
  • Təhlükəsizlik qaydalarına (OSHA, elektrik təhlükəsizliyi) və təmizlik standartlarına riayət və riayətə nəzarət.
  • Laboratoriya istifadəsi üçün qaydalar, təlim proqramları və ən yaxşı təcrübələrin hazırlanması.
  • Kompüter avadanlıqlarının istifadə təlimatlarına nəzarət və eletron təhlükəsizliyə nəzarət.
  • Avadanlıqların (3D printerlər, alət-dəzgah maşınları, lehim stansiyaları, osiloskoplar) müntəzəm texniki qulluğu, kalibrləməsi və problemlərin aradan qaldırılması.
  • Elektrik, mexaniki və ya proqram təminatı ilə bağlı problemlərin müəyyən edilməsi və həlli (lazım gələrsə, digər texniklərlə əməkdaşlıqla).
  • Laboratoriya infrastrukturu (elektrik təchizatı, havalandırma, IT sistemlər) üzərində nəzarət.
  • Aparat təminatına yönəlmiş hackathonlar, təlimlər, seminar və innovasiya müsabiqələrinin təşkili.
  • Startaplar, universitetlər və sənaye tərəfdaşları ilə əməkdaşlıqla effektiv proqramların hazırlanması.
  • Laboratoriya istifadəçilərinə (startaplar, tələbələr, sahibkarlar) prototipləşdirmə texnikaları, dizayn düşüncəsi və layihə idarəetməsi üzrə mümkün qədər mentorluq.
  • Laboratoriyanın imkanlarının təbliği (yeni istifadəçi və tərəfdaşların cəlb edilməsi).

Tələblər

  • Mexanika/Elektrik Mühəndisliyi, Sənaye Dizaynı və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi, Biznes idarəçiliyi, Mexatronika və Robototexnika mühəndisliyi.(qəti şərtlər deyillər)
  • Dil: Azərbaycan dili(mükəmməl), İngilis dili(orta və ya yaxşı)
  • Beynəlxalq əməkdaşlıqların qurulması, dünyanın və regionun önəmli laboratoriya mərkəzlərinə səfər və təcrübə mübadiləsində iştirak
  • Laboratoriya/emalatxana idarəetməsi, texniki qulluq və ya hardver prototipləşdirmə sahəsində ən azı 1,5-3 il təcrübə.
  • Prototipləşdirmə alətləri (3D printerlər, lazer kəsici maşınlar, PCB freze maşınları) ilə iş təcrübəsi.
  • Elektrik sistemləri, IoT cihazları və CAD/CAM proqramları (SolidWorks, Fusion 360) bilikləri.
  • Əsas proqramlaşdırma/script bilikləri (Python, Arduino) üstünlükdür.
  • MS Office və Mac əməliyyat sistemləri ilə işləyə bilmə qabiliyyəti.
  • Təşkilatçılıq, çoxtapşırıqlı idarəetmə və problem həll bacarığı.
  • Kommunikasiya və mentorluq bacarığı.
  • Tədbir təşkili və icma layihələri təcrübəsi.
  • Avadanlıq texniki qulluğu, elektrik təhlükəsizliyi və ya layihə idarəetmə (PPM kimi) sertifikatları üstünlükdür.
  • Startap ekosistemləri, inkubatorlar və ya “maker” məkanları ilə iş təcrübəsi üstünlükdür.
  • Sürətli prototipləşdirmə, kiçik partiyalı istehsal və fiziki məhsul əsaslı çevik metodologiyalar haqqında biliklərə sahib olmaq üstünlükdür.

Vakansiya haqqında

  • Vakansiya növü – Tam ştat
  • Təcrübə – 3-4 il
  • Təhsil – Bakalavr