İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi
UX/UI Dizayner
İşin təsviri
Təsvir
- Rəqəmsal hökumət (G2C/G2G/G2B) tələblərinə uyğun, istifadəçi interfeysi və təcrübəsini formalaşdıraraq, vizual və interaktiv dizaynla məhsullar yaratmaq;
- Maraqlı tərəflərin (Stakeholder) təkliflərini toplamaq, fərziyyələr formalaşdırmaq və yoxlamaq, hesabatları hazırlayıb komandaya təqdim etmək;
- İstifadəçi fikirlərini müntəzəm şəkildə anket, müsahibə ilə toplayaraq, məhsulun inkişafı üçün yeni təkliflər formalaşdırmaq;
- İstifadəçi axınlarını (User flow) formalaşdırmaq və test etmək, istifadəçi interfeysləri və prototiplərini tərtib etmək;
- Dizayn həllərini müxtəlif istifadəçi qruplarında sınaqdan keçirmək (Usability Testing), nəticələri hesabat şəklində komandaya təqdim edib, geridönüşlərə əsasən həlləri təkmilləşdirmək;
- Dizayn sistemi komponentlərindən istifadə, yeni komponentlərin yaradılmasında təkliflər vermək;
- Məhsul inkişafında komanda üzvləri ilə əməkdaşlıq edərək, istifadəçiyə mükəmməl təcrübə təqdim etmək;
- Komanda üzvləri ilə bilik və bacarıqları paylaşmaq, rəqəmsal dizayn həlləri yaratmaqda dəstək və təklif vermək.
Tələblər
- Məhsul dizaynı, istifadəçi təcrübəsi (UX) və interfeysinin yaradılması (UI) sahəsində 2 illik iş təcrübəsi;
- Dizayn düşüncəsi (Design Thinking) yanaşması ilə məhsulun hazırlanmasının bütün mərhələlərində, ilk addımdan istifadəyə verilməsinə qədər təcrübə;
- İstifadəçi testlərinin (Usability Testing) keçirilməsi və istifadəçi davranışlarını araşdırmaq sahəsində biliklər;
- Dizayn sistemi üzrə nəzəri biliklərə sahib olmaq, komponentlərin istifadəsi;
- Agile metodologiyası ilə bağlı bilik və təcrübəyə malik olmaq;
- Figma, Maze, Jira, Hotjar, Confluence kimi alətlərlə işləmək;
- Mobil (iOS, Android) və Web platformalarda dizayn təcrübəsi;
- Nəticəyönümlü,Ambisiyalı və İnkişafmeyilli;
- Minimal olaraq “Intermediate” səviyyəsində İngilis dili biliyi.
Vakansiya haqqında
- Son tarix April 20, 2025
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr