İxrac üzrə təcrübəçi (İş öyrədilir)

Bakı şəhəri
26/09/2024
Təcili
Application ends: 16/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
16/10/2024

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İxrac əməliyyat xidmətlər üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması
  • Yerli və Xarici bazarın araşdırılması
  • İxrac əməliyyatları istiqamətində danışıqlar aparmaq
  • İxrac əməliyyatları xidmətlər üzrə müqavilələrin hazırlanması
  • Yükün xarici ölkələrə çatması barədə yazışmaların aparılması

Namizədə tələblər:

  • Səlist rus dili biliyi
  • Ali təhsil (təhsilin maliyyə, gömrük, biznesin idarə olunması və mühasibat sahəsində olması üstünlükdür) 
  • Riyazi analitik qabiliyyət
  • MS Office proqramlarında (xüsusi ilə excell) sərbəst işləmək bacarığı 
  • Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan
  • Məsuliyyət götürmək, təşəbbüskarlıq, ixtisasını daimi təkmilləşdirən
  • Müştərilərlə ünsiyyət qurma və münasibətlərin idarə edilməsi bacarığı
  • İdxal və ixrac əməliyyatları təcrübə üstünlük hesab olunur

İş şəraiti:

  • İş qrafiki: 5 günlük
  • İş yeri: Bakı şəhəri
  • Korporativ nömrə ilə təmin edilmə

Əmək haqqı:

  • İlk 2 ay ərzində iş öyrədilir, ödənişsiz nəzərdə tutulub.
  • Növbəti 2 ay ərzində ödənişli təcrübə
  • Sonrakı 2 ay ərzində təcrübə minumum əmək haqqı ilə davam edir
  • 6 ayın sonunda təcürbə uğurla başa çatdıqda “Kiçik mütəxəssis” vəzifəsi ilə başlamaq.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “ İxrac üzrə kiçik mütəxəssis “ qeyd edəsiniz. Səlist rus dili biliyi vacibdir. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

#ButaGroup #İxracTəcrübəçi #Vakansiya #Logistika #TəcrübəProqramı #KəndTəsərrüfatı #İdxalİxrac #Bakı #ƏməkHaqqı

Şirkət haqqında

“BUTA Group” şirkəti 10 ildən artıq müddətdir ki, kənd təsərrüfatı sektorunda fəaliyyət göstərir. Şirkət “BUTA Agro” brendi atında istixana kompleksində pomidor sortlarının və açıq sahədə kartof yetişdirilməsi ilə məşğuldur. Bakının Zirə kəndində yerləşən istixana kompleksində “AzTomato” brendi altında həm daxili bazar üçün, həm də ixrac məqsədli müxtəlif növ pomidor sortları yetişdirilir. “İsmayıllı Aqropark” brendi altında isə İsmayıllı rayonunda yerləşən Aqroparkda Qafqaz dağlarında xüsusi qulluq olunmuş, dadlı, seçmə kartof yetişdirilir, daha sonra yuyulmuş, təmizlənmiş, qablaşdırılmış kartof marketdə öz alıcılarına qovuşur.

2020-ci ilin fevral ayından şirkətin gübrələr, toxumlar, bitki mühafizə preparatlarının satışı ilə məşğul olan “AzGübrə” brendi fəaliyyət göstərir. “AzGübrə” aqromarketlər şəbəkəsi Respublikamızın 8 iqtisadi rayounda 60 mağaza ilə fermerlərə üstün xidmət göstərərək keyfiyyətli, sertifikatlı məhsulları təqdim edir.