Kuryer

Yeni Həyat Plaza, Bakı
27/09/2024
Application ends: 18/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
18/10/2024

İşin təsviri

Tələblər:

  • Şəhəri yaxşı tanımalı;
  • Naviqator və onlayn xəritələrdən istifadə etmək bacarığı olmalı;
  • Müştərilərlə xoş münasibət və kommunikasiya qurmalı, punktual və məsuliyyətli olmalı;
  • Kuryer sahəsində iş təcrübəsi arzuolunandır.

Öhdəliklər:

  • Məktubların şirkətdaxili qaydalara uyğun olaraq vaxtında müştərilərə çatdırmaq;
  • Rəhbərliyin tapşırıqlarının icra edilməsi.

İş barədə məlumat:

  • 6 günlük iş qrafiki.
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Kuryer  yazmaqla [email protected]  elektron ünvanına göndərməyiniz xahiş olunur.

#Kuryer #Vakansiya #Logistika #İşElanı #166Yükdaşıma

Şirkət haqqında

2012-ci ildə fəaliyyətinə bir neçə yük maşını ilə başlayan “166 Yükdaşıma və Logistika” brendi hazırda yükdaşıma və logistika sahəsi üzrə ölkənin qabaqcıl şirkətlərindən biridir. Yüklərin daşınması yalnız ölkədaxili sərhədlərlə məhdudlaşmır, həmçinin beynəlxalq arenada da həyata keçirilir.

Daim müştərilərimizin xidmətində olmaq və operativ xidmət göstərmək məqsədilə 166 qaynar xəttimiz 7/24 ölkənin istənilən nöqtəsindən zəngləri qəbul edir.

Göstərdiyimiz xidmətin müştərilərimizə rahat və əlçatan olması məqsədilə xidmət sahələrimiz genişlənməyə davam edir. Şirkətimiz yükdaşıma sahəsi ilə fəaliyyətə başlasa da, hazırda müxtəlif kompleks xidmətləri – yükdaşıma, logistika, evakuasiya, işçi qüvvəsi, usta, anbar, təmizlik və xalça yuma xidmətlərini müştərilərinə təqdim edib.

Xidmətlərimizin daha əlçatan olması üçün sərfəli qiymət və hər bir bölgəyə xidmət anlayışları ilə çalışırıq.

166 brendi altında fəaliyyət göstərən hər bir xidmətin keyfiyyətinin ölçülməsi bizim üçün olduqca vacibdir. Bu məqsədlə, mütəmadi olaraq müştərilərimizin göstərilən xidmətlər üzrə fikirlərini öyrənir, təklif və iradlarına əsasən xidmət keyfiyyətini daim təkmilləşdiririk. (ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi, ISO 45001:2018 – Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi və ISO 14001:2015 – Ətraf Mühitin İdarəetmə sistemi üzrə beynəlxalq sertifikatları)