Logistika meneceri

Bakı şəhəri
09/10/2024
Application ends: 26/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
26/10/2024

İşin təsviri


Logistika Meneceri | Nəqliyyat, Paylama və Logistika

Vəzifə Təsviri:

  • Beynəlxalq Logistika əməliyyatlarının yerinə yetirilməsini və logistika sahəsində xarici əlaqələrin idarə edilməsini təmin etmək.
  • Daxil olan və göndərilən yüklərin və sənədlərin qəbulu, daşınması, yerləşdirilməsi, saxlanılması, təyin olunmuş yerlərə yola salınması və vaxtında çatdırılmasına nəzarət etmək.
  • Ekspeditorlarla əlaqə saxlamaq, göndərən haqqında məlumatları ötürmək, yükləmə tarixinə uyğunluğun monitorinqini aparmaq və nəqliyyat vasitələrinin yerləşməsi üçün sorğular yaratmaq.
  • Daşınma xərcləri, sığorta və gömrük rüsumları ilə bağlı məlumatların müəyyən olunması və ödənişlərin vaxtında icrasını nəzarətdə saxlamaq.
  • İdxal-ixrac, tranzit və daxili daşınma ilə əlaqədar hesabatları hazırlamaq və prosesə nəzarət etmək.
  • Nəqliyyat və gömrük sənədləri üçün zəruri icazələrin hazırlanmasını təmin etmək.
  • Gömrük rəsmiləşdirilməsi üzrə sənədləri hazırlamaq, vaxtında təqdim etmək (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki təsvir və s.) üçün müraciət etmək və gömrük sistemində bəyannamələrin hərəkətinə nəzarət etmək.
  • Malların daxil olma cədvəlini və onların dəyərini maliyyə menecerinə hesabat vermək.
  • Yeni ekspeditorlarla müqavilələr bağlamaq və yeni tərəfdaşlar axtarmaq.
  • Uyğunluq sertifikatlarının alınması üçün sənədləri hazırlayıb göndərmək.
  • Sığorta şirkətlərinin tələb etdiyi sənədləri dövlət orqanlarından toplamaq.
  • Rəhbərliyin tələbləri ilə həftəlik və aylıq hesabatları təqdim etmək.

Namizədə Dair Tələblər:

  • Ali təhsil
  • Sahə üzrə minimum 5 il iş təcrübəsi
  • Azərbaycan, İngilis və Rus dillərini bilmək
  • Daxili və xarici daşımalar üzrə biliklər
  • Gömrük bəyannaməsi ilə bağlı minimum biliklər
  • İdxal-ixrac əməliyyatlarında sənəd dövriyyəsi üzrə biliklər

#LogistikaMeneceri #Nəqliyyat #Logistika #İşElanı #Karyeraİmkanları #Bakı #İşVakansiyaları