Logistika üzrə satış mütəxəssisi

Əhməd Rəcəbli 27b
26/09/2024
Application ends: 24/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
24/10/2024
1200AZN - 1700AZN / month

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Gündəlik bazar araşdırılmasının aparılması;
  • Daşınma və satış qiymətlərini müəyyən etmək üçün rəqabətin və tələb və təklifin qiymətləndirilməsi;
  • Potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi;
  • Tenderlərin axtarışı və araşdırılması;
  • Potensial satış nöqtələri ola biləcək məntəqələrə ziyarət, ehtiyacların analiz edilməsi;
  • Dövrü (aylıq və rüblük) hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi;
  • Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulması, məhsullar haqqında ətraflı məlumatların təqdim edilməsi;
  • Məlumatların CRM/ERP sisteminə daxil olunması
  • Cəlb olunmuş müştərilərlə sıx telefon danışıqları (məmnuniyyət və təkliflərinin alınması) və ödəmələrinin izlənilməsi.

Sizdən nə tələb olunur?

  • Logistika sahəsi və gömrük üzrə biliklərinin olması mütləqdir;
  • Ali təhsil (marketinq, iqtisadiyyat, menecment üzrə);
  • Satış və logistika üzrə minimum 1 il iş təcrübəsi;
  • Korporativ satış üzrə təcrübə olması üstünlükdür;
  • Dil bilikiləri : Azərbaycan dili – səlis, Rus dili və ya İngilis dilinin olması üstünlükdür;
  • Yüksək səviyyədə ünsiyyət, təşkilatçılıq bacarıqları;
  • Məsuliyyətlilik, analitik düşüncə tərzi;
  • Task menecment və CRM sistemi ilə işləmə bacarığı;

İş şəraiti:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • Korporativ nömrə ilə təmin edilmə
  • 6 günlük iş qrafiki (Həftəiçi 09:00-18:00, Şənbə günü növbəli iş rejimi 10:00-13:00)
  • Əmək haqqı : 1200-1700AZN ( satışdan bonuslar, KPI )
  • Ünvan – Əhməd Rəcəbli 27b

Müraciət üçün qeyd edilmiş e-mail ünvanına “Logistika üzrə satış mütəxəssisi” başlığı ilə CV-lərinizi göndərə bilərsiniz.

#MobilGroup #Logistika #SatışMütəxəssisi #Vakansiya #Nəqliyyat #LogisticsJobs #Bakıdaİş

Şirkət haqqında

Mobil Group 2017-ci ildən etibarən fəaliyyət göstərən ölkənin qabaqcıl şirkətlər qrupundan biridir.  Mobil Group-un törəmə şirkətlərindən biri olan “Mobil Broker” MMC gömrük orqanları ilə sahibkarlar arasında etibarlı vasitəçidir. “Mobil Broker” MMC yerli və xarici vətəndaşların, o cümlədən sahibkarların ölkəyə idxal və ixrac etdikləri yüklərin gömrük rəsmiləşdirilməsində kompleks həllər təklif edir.

Tam gömrük təmsilçiliyi xidmətimizə istənilən gömrük proseduru ilə bağlı limitsiz konsultasiya, mallar və ya nəqliyyat vasitələri üçün müvafiq dövlət orqanlarından icazə və sertifikatların alınması, bütün növ gömrük bəyannamələrinin hazırlanması və gömrük rəsmiləşdirilməsinə dair digər əməliyyatları sifarişçinin əvəzindən icra edilməsi daxildir. Mobil Group idxal, ixrac, təkrar ixrac, müvəqqəti ixrac proseduru zamanı sizi gömrük orqanlarında uğurla təmsil edir, mal və ya nəqliyyat vasitələrinizi sizin adınızdan rəsmiləşdirib, ən qısa zamanda təhvil verir.

Mobil Group-un digər törəmə şirkəti olan “Mobil Logistics” MMC quru, su, hava və dəmiryolu vasitəsilə yüklərin sürətli beynəlxalq daşımalarını həyata keçirən etibarlı logistika şirkətidir.  Sürətli və  təhlükəsiz daşımanı özündə əsas prinsipə çevirən şirkət 150 yə yaxın ölkəyə və əks istiqamətdə yüklərin daşınmasını həyata keçirir. “Mobil Logistics” MMC  dünyanın aparıcı hava yolları daşıyıcıları ilə sıx əməkdaşlıq içindədir.