Logistika üzrə satış mütəxəssisi

Əhməd Rəcəbli 27b
05/10/2024
Application ends: 24/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
24/10/2024
1200AZN - 1700AZN / month

İşin təsviri

Logistika üzrə satış mütəxəssisi
Şirkət: Mobil Group
Sahə: Nəqliyyat infrastrukturu, Hava yükləri və logistika

İşiniz nədən ibarətdir?

  • Gündəlik bazar araşdırılmasının aparılması
  • Daşınma və satış qiymətlərini müəyyən etmək üçün rəqabət və tələb-təklifin qiymətləndirilməsi
  • Potensial satış bazarının və müştəri auditoriyasının müəyyən edilməsi
  • Tenderlərin axtarışı və araşdırılması
  • Potensial satış nöqtələrinə ziyarət, ehtiyacların analiz edilməsi
  • Dövrü (aylıq və rüblük) hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi
  • Müştərilərlə münasibətlərin yüksək səviyyədə qurulması, məhsullar haqqında ətraflı məlumatların təqdim edilməsi
  • Məlumatların CRM/ERP sisteminə daxil edilməsi
  • Cəlb olunmuş müştərilərlə sıx telefon danışıqları (məmnuniyyət və təkliflərinin alınması) və ödəmələrin izlənilməsi

Sizdən nə tələb olunur?

  • Logistika sahəsi və gömrük üzrə biliklərin olması
  • Ali təhsil (marketinq, iqtisadiyyat, menecment üzrə)
  • Satış və logistika üzrə minimum 1 il iş təcrübəsi
  • Korporativ satış üzrə təcrübə (üstünlükdür)
  • Dil bilikləri: Azərbaycan dili – səlis, Rus dili və ya İngilis dili (üstünlükdür)
  • Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarıqları
  • Məsuliyyətlilik, analitik düşüncə tərzi
  • Task menecment və CRM sistemi ilə işləmə bacarığı

İş şəraiti:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • Korporativ nömrə ilə təmin edilmə
  • İş qrafiki: 6 günlük (Həftəiçi 09:00-18:00, Şənbə günü növbəli iş rejimi 10:00-13:00)
  • Əmək haqqı: 1200-1700 AZN (satışdan bonuslar, KPI)

Müraciət:
Müraciət üçün CV-lərinizi mobilgroup.az e-mail ünvanına “Logistika üzrə satış mütəxəssisi” başlığı ilə göndərə bilərsiniz.

Şirkət haqqında:

Mobil Group 2017-ci ildən fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir. Mobil Broker MMC gömrük orqanları ilə sahibkarlar arasında etibarlı vasitəçidir. Şirkət idxal və ixrac edilən yüklərin gömrük rəsmiləşdirilməsində kompleks həllər təklif edir.

Mobil Logistics MMC isə quru, su, hava və dəmiryolu vasitəsilə yüklərin sürətli beynəlxalq daşımalarını həyata keçirir, dünyanın aparıcı hava yolları daşıyıcıları ilə sıx əməkdaşlıq edir.

Ünvan:

Əhməd Rəcəbli 27b

Əlaqə nömrəsi:

+994 51 333 90 90

Vebsayt:

mobilgroup.az

#LogistikaMütəxəssisi #MobilGroup #Vakansiya #Nəqliyyat #Daşınma #Logistika # Bakıdaİş #KaryeraImkanları