İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin biznes məqsədləri ilə uyğunlaşdırılmış məhsul strategiyasını və yol xəritəsini müəyyən etmək və həyata keçirmək.
  • Bazar araşdırmaları və məlumat təhlili vasitəsilə yeni imkanları və müştəri ehtiyaclarını müəyyən etmək.
  • Fintech sənayesindəki trendləri, innovasiyaları və tənzimləyici dəyişiklikləri daim izləyərək şirkətin rəqabət qabiliyyətini artırmaq.
  • Məhsulun uğurla bazara daxil olması və mənimsənilməsi üçün marketinq, satış, komplayns və müştəri dəstəyi komandaları ilə sıx əməkdaşlıq etmək.
  • Müştəri rəylərini toplayaraq məhsulun təkmilləşdirilməsi və istifadəçi təcrübəsinin artırılması üçün tədbirlər görmək.
  • Məhsul yeniliklərini, yol xəritələrini və performans göstəricilərini (KPI) izləyərək rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
  • Məhsulun istifadəsi və istifadəçi davranışlarını analiz edərək davamlı optimallaşdırma və innovativ həllər tətbiq etmək.
  • Qiymət strategiyasını, müştəri cəlbetmə və saxlama strategiyalarını inkişaf etdirmək və optimallaşdırmaq.
  • MPay cüzdan ekosistemində yeni maliyyə texnologiyaları, ödəmə həlləri, kripto və rəqəmsal aktivlər kimi sahələrdə genişlənmə imkanlarını araşdırmaq və tətbiq etmək.
  • Komandanın fəaliyyətini idarə etmək, motivasiyanı artırmaq və məhsulun inkişafını təmin etmək.

Tələb olunan texniki biliklər və bacarıqlar:

  • Fintech və rəqəmsal ödəniş ekosistemi haqqında dərin biliklər
  • Bankçılıq və ödəmə sistemləri üzrə təcrübə
  • Məhsul idarəçiliyi və Agile metodologiyaları üzrə biliklər
  • API-lər və inteqrasiya prosesləri üzrə anlayış
  • Fraud və risk idarəetməsi üzrə biliklər (AML/KYC prosesləri)
  • UX/UI əsaslarını anlamaq və istifadəçi davranışına əsaslanan məhsul inkişafı aparmaq bacarığı.
  • Komanda idarəetmə və liderlik bacarıqları – məhsul komandalarını effektiv idarə edə bilmək.
  • Analitik düşüncə və problem həll etmə bacarığı – məhsulun inkişafını məlumat əsaslı qərarlarla idarə edə bilmək.

Tələb olunan iş təcrübəsi:

  • Fintech, bankçılıq, ödəniş sistemləri və ya rəqəmsal məhsul idarəçiliyi sahəsində ən az 3 il iş təcrübəsi.
  • Məhsul idarəçiliyi (Product Management) və ya layihə idarəetmə (Project Management) sahəsində təcrübə üstünlükdür.
  • İngilis dili və Azərbaycan dili mükəmməl səviyyədə (Rus dili üstünlükdür).

Maraqlananlardan xahiş olunur, qeyd olunan linkə daxil olub, CV-nizi yönləndirəsiniz: