Norm OJSC
Sement və beton məhsulları üzrə satış təmsilçisi
İşin təsviri
Tələblər:
- Ali təhsil (İqtisadiyyat və ya Marketinq sahəsində)
- 2 ili sahə üzrə olmaqla, ümumi 3 il iş iş təcrübəsi
- İngilis dili biliyi və MS Office proqramlarında sərbəst işləmək bacarığı
- Sement və beton istehsalı üzrə texniki biliklər
- Bazarın araşdırılması
- Satış strategiyasının inkişaf etdirilməsi
- Müştəri əlaqələrinin idarəedilməsi (səhmdarlar və əsas müştərilərlə əlaqələrin inkişafı, müştəri məmnuniyyətinin monitorinqi)
- Əsas məliyyə göstəriciləri və əmsalları haqqında dərin biliklər
- Sənaye standartları haqqında biliklər
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Sement və beton sahəsində korporativ müştərilər, distribütorlar və satıcılarla davamlı əlaqələrin qurulması
- Müştəri fəaliyyətinin, müqavilələrin və kredit risklərinin izlənməsi
- Sement və beton bazarına dair araşdırmaların aparılması və hesabatların təqdim edilməsi
- Mövcud və potensial müştərilərə yeni sement və beton məhsulları haqqında məlumatların çatdırılması
- Müştəri məmnuniyyəti və məhsul keyfiyyəti ilə bağlı geribildirimlərin toplanması
- Yeni müştərilərin və əməkdaşların cəlb olunması yolu ilə satış şəbəkəsinin genişləndirilməsi
- Şirkətin strateji məqsədləri və nailiyyətləri barədə məlumatların müştərilərə ötürülməsi
- Müştəri şikayətlərinin TMS Pro sisteminə vaxtında daxil edilməsi
- API SPEC Q1, ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin tətbiqi
- Fövqəladə hallarda təxliyyə planına uyğun hərəkət etmək
Biz nə təklif edirik:
- Korporativ tibbi siğorta
- Nəqliyyat
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- Unikal imtiyazlar paketi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.