Norm OJSC
Ofis işləri üzrə Köməkçi
İşin təsviri
İş yeri:8 Noyabr pr. 113, Baku Bay Tower, 6-cı mərtəbə
Tələblər:
- Ali təhsil
- 0-1 il iş təcrübəsi
- İngilis dili
- MS Office komputer proqramı üzrə bacarıqlar
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
- Şirkətə gələn ziyarətçi və qonaqları salamlayır, onlara yardım edir və yönləndirir
- Daxil olan bütün telefon zənglərini müvafiq qaydada qəbul edir, yönləndirir, tələb olunduqda qeydlər aparır və aidiyyati şəxslərə çatdırır
- Karğüzarlıq işlərinin, sənədlərin və kompüter vasitəsilə göndərilən məlumatların təşkil edilməsi və saxlanılması
- Şirkət tərəfindən bağlandığı müqavilələrin, razılaşmaların və sair əqdlərin, habelə digər hüquqi sənədlərin şirkətin kargüzarlığı üzrə ümumi elektron bazasına daxil edilməsi və həmin sənədlərin saxlanması üçün müvafiq tədbirlərin görülməsi
- Şirkətə daxil olan məktubların qeyd edilməsi və həmin məktubların surətlərinin əlaqəli işçiyə verilməsi
- Şirkətdən gedən bütün rəsmi məktubların qeydiyyatının aparılması və müvafiq ünvanlara göndərilməsi
- APİ SPEC Q1,ISO 9001, 14001 və OHSAS 18001 standartlarına uyğun sənədlərin istifadəsi
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək
Biz nə təklif edirik:
- Korporativ tibbi siğorta
- Nəqliyyat
- Şəxsi və peşəkar inkişaf imkanları
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
- Unikal imtiyazlar paketi
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 16.04.25