Ödənişli təcrübə proqramı

Abşeron Logistika Mərkəzi
27/09/2024
Təcili
Application ends: 18/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
18/10/2024

İşin təsviri

Abşeron Logistika Mərkəzi araşdrma aparmağı sevən, özünəgüvənən, beynəlxalq və yerli yükdaşıma əməliyyatları sahəsində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş, dinamik, vaxtını idarə etməyi bacaran gənclər üçün Ödənişli təcrübə proqramı  elan edir.

Bu proqramda iştirak etməklə, Siz logistika sahəsində yeni bilik və bacarıqlara yiyələnərək proqramın sonunda işəqəbul şansı əldə edəcəksiniz.

Sizə nə təklif edirik?

  • Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
  • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit; 
  • Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

  • Ali təhsil;
  • Azərbaycan dili əla səviyyədə, Rus dili mütləqdir;
  • MS Office proqramlarında iş bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

  • Məlumat bazası ilə işləmək, məlumat bazasını formalaşdırmaq;
  • Müştəri yüklərinin, vaqon məlumatlarının yerində yoxlanılmasında iştirak;
  • Müştəri yüklərinin, vaqon məlumatlarının proqrama işlənməsində iştirak;
  • Sənədlərin sistem üzrə arxivləşdirilməsi.

Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə  əldə etmək istəyirsinizsə CV-nizi 18 oktyabr 2024-cü il tarixinədək [email protected] ünvanına, mövzu hissəsində “Ödənişli təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.

#ÖdənişliTəcrübə #Logistika #TəcrübəProqramı #AbşeronLogistika #Vakansiya #Karyeraİmkanı

Şirkət haqqında

Abşeron Logistika Mərkəzi Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə beynəlxalq daşımalar, gömrük, broker, terminal, anbar, qapıdan-qapıya və 3PL xidmətləri göstərilir. Mərkəzdə yaradılmış “bir pəncərə” sistemi və ərazisində “Abşeron” gömrük postunun yerləşməsi sahibkarlar üçün şəffaf şəraitin yaradılması, rahatlığın təmin edilməsinə zəmin yaradır. Mərkəz ISO 45001:2018, ISO 14001:2015 və ISO 9001:2015 beynəlxalq sertifikatlarına sahibdir.