Papa John’s Azərbaycan
Restoranların Tikinti və Təmir Meneceri
İşin təsviri
Tələblər:
- Tikinti, memarlıq və ya əlaqəli sahələrdə ali təhsil.
- Oxşar vəzifədə ən azı 5 il iş təcrübəsi.
- Əla təşkilatçılıq qabiliyyəti və komandanı idarəetmə bacarığı.
- Tikinti layihələrinin maliyyə və təşkilati aspektlərini bilmə.
- Layihə sənədləri və maliyyə hesabatları ilə işləmə bacarığı.
- Əla kommunikasiya və liderlik bacarıqları.
- Azərbaycan, rus və ingilis dillərində peşəkar səviyyədə ünsiyyət bacarığı.
- Restoranların tikinti və təmirində istifadə olunan müasir texnologiya və materiallar haqqında biliklər.
- Layihə idarəetmə sistemləri (məsələn, MS Project, Primavera və ya oxşarları) ilə iş təcrübəsi.
- B kateqoriyalı sürücülük vəsiqəsi.
Öhdəliklər
- Tikinti və təmir işlərinin sıfırdan tamamlana qədər təşkil edilməsi və nəzarət edilməsi.
- Elektrik, santexnika, kondisioner sistemləri, mətbəx avadanlıqlarının qurulması, mebel quraşdırılması və s. üzrə işləri yerinə yetirəcək ustalar, işçilər və podratçıların seçimi və işə qəbul edilməsi.
- İcrası yüksək keyfiyyətli olan işlərin təmin edilməsi, müddətlərə və büdcələrə nəzarət.
- Layihə sənədlərinin hazırlanması və aparılması.
- Layihənin maliyyə aspektlərinin idarə edilməsi, xərclərin hesablanması və nəzarət edilməsi.
- Tikinti sahəsində iş prosesinin təşkili və optimallaşdırılması.
İş şərtləri
- Azərbaycan Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul.
- Layihələrin məsafədən idarə edilməsi ilə çevik iş qrafiki.
- Mobil rabitə və nəqliyyat xərclərinin ödənilməsi.
- Şirkət hesabına təlim və ixtisasartırma.
- Beynəlxalq restoran şəbəkəsində karyera inkişafı imkanı.
Biz təklif edirik
- Rəqabətqabiliyyətli əmək haqqı.
- Peşəkar inkişaf və irəliləyiş üçün imkanlar.
- Stabil şirkətdə dinamik və maraqlı iş.
- Səmimi kollektiv və komfortlu iş şəraiti.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Restoranların Tikinti və Təmir Meneceri” mövzusu altında elekton ünvanına göndərə bilərlər.