İşin təsviri

Vəzifə öhdəlikləri

  • Sistemlər üzrə yenilikləri (updates) yoxlamaq və yenilənmə üzrə plan tərtib etmək
  • Mövcud infrastruktur resurslarını istifadə edərək sistemləri quraşdırmaq və yeni versiyaları test etmək
  • Sistemlərdə baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək
  • Sistemlərin administrasiyası üzrə proqram təminatını istifadə etməklə, problemləri araşdırmaq və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək
  • Sistemlərin idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək
  • Öhdəsində olan sistemlərin idarə edilməsi üzrə prosedur və qaydaları tərtib etmək
  • Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək
  • Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparmaq
  • Son istifadəçilərə köməklik göstərmək və bəsit təlimlər vermək
  • Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək
  • Sistemlərin düzgün və effektiv istifadəsi üzrə tövsiyələr vermək
  • İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak etmək

Təhsil və ixtisas

  • Orta, Ali

Sertifikatlar

  • Microsoft (arzu olunandır)

Bilik və bacarıqlar

  • Server, Storage və Şəbəkə avadanlıqları ilə iş təcrübəsi
  • UNIX/LINUX və Windows əməliyyat sistemlərinin (server) inzibatçılığı təcrübəsi
  • E-Mail sistemlərinin (MS Exchange və s.) qurulması və sazlanması üzrə təcrübə
  • Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübə
  • Dayanaqlı klasterin qurulması və tətbiqi  üzrə təcrübə (Vmware Vsphere, MS Hyper-v)
  • Bulud texnologiyaları üzrə (MS Azure, Amazon WS, Google Cloud və MS Office 365) biliklər və iş təcrübəsi
  • Şəbəkə texnologiyalarının prinsiplərini bilmək və şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə
  • Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
  • Məlumatların ehtiyata alınması və bərpası işləri üzrə təcrübə
  • Distributed File System (DFS) üzrə bacarıqlar
  • Windows Deployment Services (WDS) üzrə bacarıqlar
  • Windows Server Update Services (WSUS) üzrə bacarıqlar
  • Scripting üzrə bacarıqlar

Dil bilikləri

  • Azerbaijani, English, Russian

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət Et butonunda yerləşən elektron poçt ünvanına göndərin.