PASHA Life
Korporativ katiblik şöbəsinin mütəxəssisi
İşin təsviri
Vəzifə Öhdəlikləri:
- Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının (komitə, komissiya) iclaslarının müvafiq prosedur və qaydalara uyğun təşkil edilməsi, iclas məlumatlarının, sənədlərinin və hesabatlarının qəbul, konsolidasiya və hazırlanmasında iştirak etmək;
- İclaslar üçün tələb olunan məlumatların Şirkətin funksional bölmələrindən əldə edilməsi, zəruri hallarda əldə edilmiş məlumatların ümumiləşdirilməsi, sistemləşdirilməsi və təhlil edilməsində iştirak etmək;
- Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının qəbul etdiyi qərarların reyestrinin aparılması prosesində iştirak etmək, qərarların və tapşırıqların müəyyən edilmiş müddətlərdə icrasına nəzarət etmək;
- Şirkətin nəzarət, idarəetmə və icra orqanlarının, habelə digər kollegial qurumlarının iclaslarına təqdim olunan məsələlərin müvafiq tələblərə və limitlərə uyğunluğunun təmin olunmasına nəzarət etmək;
- Nəzarət orqanları tərəfindən gələn müraciət və sorğuların koordinasiyasında iştirak etmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Maliyyə və ya hüquq sahəsi üzrə ən azı 1 il iş təcrübəsi
- Təhsili/ixtisası: Hüquq, iqtisadiyyat və ya idarəetmə üzrə bakalavr dərəcəsi
- Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı
- Üstünlüklər: Korporativ katiblik və idarəetmə sahəsində təcrübəsi olanlara üstünlük verilir
Biz nə təklif edirik:
- Tibbi sığorta: Sizin və ailənizin sağlamlığınızı qorumaq üçün geniş sığorta paketi
- Korporativ Həyat Sığortası: Ağır xəstəlikdən sığortalan
- Peşəkar inkişaf və təlim imkanları
- Dinamik və innovativ iş mühiti.
- Parkinq imkanı
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.