Qrafik Dizayner

Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
16/09/2024
Təcili
Application ends: 10/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
10/10/2024

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • SMM postları üçün qrafik dizaynların hazırlanması
  • Sosial media üçün kreativ konseptlərin hazırlanması
  • Reklam ,Çap məhsullarının dizayn və eskizlərinin hazırlanması 
  • Promo məhsullarının dizaynının hazırlanması (karton çantalar, vizitka, buklet, broşur, roll-up və s)
  • Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəlikləri yerinə yetirilməsi
  • İşdən irəli gələrək digər dizayn tapşırıqların icrası

Vəzifə üzrə tələblər:

  • Müvafiq sahə üzrə təhsil və ən azı 2 il iş təcrübəsi
  • Proqram bilikləri (Adobe Photoshop, CorelDRAW, Adobe Illustrator, Adobe InDesign, After Effects, Adobe Acrobat Pro və .s) yüksək səviyyədə bilməsi.
  • Adobe Premier proqramını bilməsi üstünlükdür.
  • Çapa qədər mərhələnin prinsipləri;
  • Korporativ üslubun inkişafı
  • Verilən işi vaxtında səhvsiz və operativ təhvil vermək bacarığı
  • Bədii zövq, yaradıcı ideyalarının olması
  • Dizayn trendlərindən xəbərdar olması;

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Əmək haqqı razılaşma ilə; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  Qrafik dizayner” qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərə bilərlər. 

#QrafikDizayner #Azərpoçt #DizaynVakansiyası #Bakıİş #KuryerXidməti #ReklamDizaynı #SMMDizayn #AdobePhotoshop #İşElanı #KreativDizayn

Şirkət haqqında – Azərpoçt

Azərbaycanda poçt rabitəsi Səfəvilərin hakimiyyəti dövründə (XVI əsr) inkişaf etməyə başlayıb. Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb.

İki əsr qət etdiyimiz yolun başlanğıcı 1818-ci ildə Gəncə oldu. Tez bir zamanda əhatə dairəmiz genişlənsə də, çox çətin və şərəfli bir yol keçərək davam edirik. Əldə olunan yüksək nəticələr bizləri nəinki quruda, dənizdə və havada belə yeni hədəflərə doğru apardı. Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yarandı. 100 illik yolumuzun astanasında isə Poçt və Teleqraf nazirliyi fəaliyyətə başladı. II Dünya müharibəsi dövründə də Azərbaycan poçtu və onun fədakar işçiləri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər. Bu missiya müharibədən sonrakı vaxtlarda uğurla davam etdirildi. Poçt rabitəsi müəssisələrinin sayı və poçt marşrutlarının məsafəsi bir neçə dəfə artdı. Ötən əsrin sonralında isə poçt rabitəsinin elektrik rabitəsindən ayrılaraq müstəqil bir qurum kimi fəaliyyətə başlaması ilə Azərbaycan poçtu rabitəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu.