Sahə Memarı

Zahid Xəlilov küç-53 / AZ 1122
17/09/2024
Təcili
Application ends: 12/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
12/10/2024

İşin təsviri

Struktur vahidinin (departamentin, şöbənin, bölmənin) adı: Texniki şöbə

Vakansiyanın adı və sayı (rəqəmlə): Sahə memarı 

Layihə haqqında məlumat:

SeaBreez-də yerləşən “Marina Village Sea Breeze” yaşayış kompleksi daxilində 5 hektar ərazidə İnşa olunan 7 yaşayış binasının Tikintisi, Fit-out layihələri , və kompleksin ərazisinin abadlıq işlərinin görülməsi.

Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:

  • Layihədə  dəyişikliklərin olunması və edilmiş dəyişikliklərin tikintidə tətbiqinə nəzarət etmək;
  • Tikinti və təmirə görülən işlərin keyfiyyətinə nəzarət etmək;
  • Yerində ölçü alımlarına və metraj hazırlanmasına töhfə vermək;
  • Layihələrin və baş planların lazımi düzəlişlərinin Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun işləyib hazırlamaq.
  • İnşaat materiallarını tanımaq və onların inşaat normalarına uyğun istifadə qaydalarını bilmək və tətbiq etmək.

Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):

  • Ali təhsil (memarlıq üzrə məzun olmaq)
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə Microsoft Office, Archicad Autocad proqram bilikləri;
  • Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı;
  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
  • Detallara diqqətli yanaşması və minimum bir layihə bitirməsi;

Namizədlərdən şəkilli CV-lərini “Sahə memarı” mövzusu ilə  [email protected] ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

#SahəMemarı #MemarlıqVakansiya #İnşaatVəzifəsi #QalaGroup #Tikintiİşləri #BakıJobs #Archicad #Autocad #TikintiProyektleri

Şirkət haqqında – Qala Group

Qala Group, yüksək ixtisaslı mütəxəssislər qrupu tərəfindən hazırlanmış memarlıq və inşaat həlləri təklif edən, müasir və yaradıcı bir şirkətdir. Komandamız 2010-cu ildən layihələr həyata keçirir və inşaat sahəsində innovativ, misilsiz və müasir layihələrlə seçilir. Bu müddət ərzində biz birinci dərəcəli peşəkarlar komandası yaratmışıq, geniş texniki baza ilə təmin olunmuşuq və böyük təcrübə toplamışıq. Bütün bunlar bizə ən mürəkkəb və qeyri-standart layihələri də uğurla həyata keçirməyə imkan verir.

Biz Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İsrail və Gürcüstan kimi ölkələrdə kommersiya və yaşayış obyektlərinin layihələndirilməsi və tikintisi üzrə geniş xidmətlər şəbəkəsi yaratmışıq.

Peşəkar komandamız sayəsində, uzun illərə dayanan təcrübəmizə və bu sahə üzrə biliklərimizə əsaslanaraq interyer dizayn, landşaft dizayn, layihələndirmə, inşaat, infrastruktur işləri üzrə xidmətlər göstəririk.

Qala Group – memarlıq üslubu, praktikliyin bacarıqlı toxunuşu və trend meylləri ilə fərqlənir.