Satıcı – konsultant

Azərbaycan, Bakı, Üzeyir Hacıbəyli küç., 5; Qoqol küç., 2
22/09/2024
Təcili
Application ends: 18/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
18/10/2024
500AZN / month

İşin təsviri

İş yeri: Baku Book Center MMC

İş barədə məlumat:

  • Kitab  seçimində müştəriyə kömək etmək və alternativ çeşidlər təklif etmək
  • Kİtabların səliqəli şəkildə rəflərə yığılması, qiymət etiketlərinə, bölmələrə nəzarət;
  • Yeni gələn kitablar və digər məhsulları satışa hazırlamaq
  • Kitabların təbliğatını bacarmaq
  • Satış texnikasının üslublarından effektiv istifadə etmək
  • Müştəri məmnuniyyətinin təmin etmək

Namizədə tələblər:

  • Xarici dil biliyi: Azərbaycan və Rus dilləri səlis (İngilis dilini bilənlərə üstünlük veriləcək)
  • Mütaliəni sevən və satış sahəsində minimum 1 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
  • Kitab oxumağı sevən,kitablar və müəlliflər barədə biliyi olan
  • Dünyagörüşlü, cəld, işə və komandada işləməyə həvəslə yanaşan
  • Məsuliyyətli və fəal olan  
  • Özünü satışda təsdiqləyən və gələcəyini bu sahədə görən
  • Effektiv ünsiyyət və güclü təqdimat bacarığı olan
  • Səlis nitq qabiliyyəti və xoş görünüşlü

Cins: fərq etmir

Satış təcrübəsi: 1-2  il

Əmək haqqı : 500 AZN + satışdan bonus sistemi mövcuddur

İş qrafiki : Həftədə 6 gün (növbəli iş qrafiki)

İş saatı: Hər gün fərqli növbə (part-time iş olmadığı üçün təəssüfki tələbələrin dərs cədvəli ilə iş rejimi uyğunlaşmır)

Qeyd: Yalnız tələblərə cavab verən və tələbə olmayan şəxslərlə əlaqə saxlanılacaq.

Təsdiq olunan namizədlərə sınaq müddəti: 3 həftəyə qədər (ödənişsiz)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satıcı – konsultant” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

#BakuBookCenter #KitabSevərlər #SatıcıVakansiya #KitabMərkəzi #SatışXidməti #Konsultantİşi #Bakıİş #SatışVakansiya #KitabMəsləhətçisi #Karyeraİmkanı

Şirkət haqqında – Baku Book Center

2018-ci il sentyabr ayının 1-də Bakı Kitab Mərkəzi rəsmi olaraq açıq elan olunub.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yaradılmış və kitab satışına tamamilə fərqli bir konsepsiya ilə başlayan Bakı Kitab Mərkəzində azərbaycan, rus, türk, ingilis, fransız, alman, ərəb və digər dillərdə istənilən janrlarda kitablar təqdim olunur.

Bakı Kitab Mərkəzinin əsas məqsədi – oxucularda xalqın mədəni, mənəvi dəyərlərini və faydalı bilikləri daşıyan kitaba marağı oyatmaqdır.

Bakı Kitab Mərkəzinin 1-ci və 2-ci mərtəbələrində Heydər Əliyev Fondunun nəşrləri öz yerini tapıb. Burada, həmçinin, “I love Baku” brendinin rəngarəng suvenirləri və “Azərmarka” şirkətinin məhsulları təqdim olunur.