Satış məsləhətçisi

Azerbaijan
23/09/2024
Application ends: 17/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
17/10/2024
400AZN - 600AZN / month

İşin təsviri

İş barədə məlumat:

  • Mağazanın satış işini təmin etməlidir;
  • Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;
  • Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;
  • Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;
  • Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;
  • Mağazanın forma geyim tələblərinə riayət etməlidir.

Namizədə tələblər:

  • 18-30 yaşı;
  • Xanım və bəy namizədlər 
  • Bəsit riyazi biliklərin olması vacibdir;
  • Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir);
  • Müvafiq sahədə təcrübənin olması üstünlükdür.

Əmək Şəraiti:

  • Əmək haqqı: 400-600 AZN;
  • İş rejimi: Həftənin 6 günü;
  • Nahar şirkət tərəfindən təmin olunur, bonus və əlavə imtiyazlar da mövcuddur.

 Cəlilabad, Gəncə, Dərnəgül, Koroğlu, Xutor,  Əhmədli, Həzi Aslanov, Qara Qarayev,Nərimanov, 28 may, Şərq bazarı, Gənclik, Badamdar əraziləri üzrə namizədlər CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Satış məsləhətçisi” başlığı ilə qeyd etməklə elektron ünvanımıza və ya 055-500-91-00 nömrəsinə whatsapp üzərindən müraciət etmələri xahiş olunur.

#OMIDMağazalar #SatışMəsləhətçisi #İnşaatMalları #İşElanı #Bakıİşi #Vakansiya #SatışVakansiya #Karyeraİmkanı #İşTəklifi #MüştəriXidmətləri

Şirkət haqqında – OMİD Mağazalar şəbəkəsi

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan “OMİD” MMC 1994-cü ildən fəaliyyət göstərir. Şirkət ilk mağazasını Bakı şəhərində açıb. Topdan, pərakəndə və korporativ satış sahəsində zəngin iş təcrübəsinə malik “OMİD” MMC-nin hazırda Bakı şəhəri ilə yanaşı, respublikamızın bir çox bölgələrində satış mərkəzləri var. Şirkət təklif etdiyi məhsulun, göstərdiyi xidmətin keyfiyyəti ilə rəğbət qazanaraq müştəri bazasını günbəgün artırmaqdadır.

Geniş məhsul çeşidinə sahib OMİD mağazalarında təmir və dizaynla bağlı dünya standartlarının tələblərinə cavab verən hər növdə məhsulu münasib qiymətlərlə əldə etmək mümkündür. “OMİD” MMC boya, yapışdırıcı, plastik məhsullar, gips, alçı və digər inşaat məhsullarının, o cümlədən təmir prosesində gərəkli olan usta alət və texnikalarını, istilik sistemləri, divar kağızları, çilçıraq, müxtəlif növdə elektrik, bağ-bağça, məişət malları və ev aksesuarlarını əldə etmənizə imkan yaradır.