Satış məsləhətçisi

Bakı şəhəri, Ağ şəhər, Vertu Boutique
23/09/2024
Application ends: 16/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
16/10/2024

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;
  • Mağazanın satış hədəflərinin həyata keçirilməsində aktiv olmaq;
  • Məhsulların mağazanın vizual standartlarına uyğun nümayiş etdirilməsini təmin etmək;
  • Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;
  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.

Tələblər:

  • Satış sahəsində minimum 2 il iş təcrübəsi olmalı; (elektronika və məişət sahəsində olması arzu olunandır);
  • Azərbaycan və Rus dillərində sərbəst danışıq qabiliyyəti;
  • Kompüter bilikləri: MS Office proqramları; 
  • Xanım namizədlərə üstünlük verilir;
  • Müştərilərlə xidmət qaydalarını, satış psixologiyasını və prinsiplərini bilməli;
  • Təqdimetmə bacarıqlarına sahib olmalıdır.
  • Ünvan: Bakı şəhəri, Ağ şəhər, Vertu Boutique;
  • İş rejimi: 6 günlük, saat 10:00 – 20:00-dək; 1 gün istirahət günü;
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır.

Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Satış məsləhətçisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

#MyShops #SatışMəsləhətçisi #ElektronikaVakansiya #BakıİşElanı #MüştəriXidmətləri #Karyera #SatışElanı #ƏməkHaqqı #AppleReseller #MobilTexnika

Şirkət haqqında – Myshops

MyShops – Azərbaycanda mobil və elektron texnikanın satışı üzrə liderlərdən biridir. Şirkətimizin satdığı məhsulların qiyməti və keyfiyyəti bazarda ən münasib qiymətlərdən biridir. Bu gün alıcılarımız üçün Satışlar üç konseptual mağazalarda, Azadlıq prospekti 132A və Nizami küçəsi 166B və Bül – Bül prospekti 38a ünvanında həyata keçirilir.

Şirkət satış və xidmət sahəsində çox illik təcrübəyə malikdir. My Shops General Trading LLC-in baş ofisi (757766 lisenziyası) Dubayda (Bəə) yerləşir. İstənilən mobil qurğuların və ofis texnikasının həm pərakəndə, həm də topdan satışı həyata keçirilir.

MyShops-dan alış-veriş etmək üçün kredit və debet kartları vasitəsilə istifadə etmək mümkündür, həmçinin BolKart, BirKart və Ümumdünya kartları kimi taksit kartları ilə ödəniş etmək mümkündür. Həmçinin 3/6/12/24 ay müddətinə ilk ödənişsiz və komissiyasız istənilən malın kreditə alınması mümkündür.

Həmçinin Myshops MMC şirkəti Azərbaycanda Apple şirkətinin səlahiyyətli reselleridir və onların məhsullarının satışını istehsalçıdan illik zəmanətlə həyata keçirir. Apple ilə yanaşı, Myshop şirkəti Azərbaycana ilk rəsmi idxalçılardan biridir, məsələn, Samsung, Xiaomi, Huawei, Nokia, Meizu və s. Bütün telefonlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Sertifikatlaşdırma və qeydiyyatdan keçib.