Satış Təmsilçisi

Heydər Əliyev Prospekti 167, Bina 1A, Xırdalan şəhəri.
28/09/2024
Application ends: 19/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
19/10/2024

İşin təsviri

İş şəraiti:

  • İş rejimi: 6 günlük
  • Əmək haqqı+bonus
  • Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə
  • İş yeri: Bakı, Xırdalan və Sumqayıt şəhərləri

İş barədə məlumat:

  • Hazırki məhsul qruplarının çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını və onlardan düzgün istifadə üsullarını;
  • Müştərilərin tələbinin öyrənilməsi, məhsulların təklif olunması və onların nümayiş etdirilməsi, məhsulların seçilməsində yardım edilməsi, alıcılara məhsulların keyfiyyəti,təyinatı, xüsusiyyətləri barədə geniş məlumat vermək və onlara xidmət göstərmək;
  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən qüvvədə olan kampaniyalar haqqında geniş və ətraflı məlumatlar
  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
  • Mağaza administratorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.

Namizədə tələblər:

  • Cinsi: Qadın
  • Yaş:25 – 35 yaş arası
  • Təhsil: Orta
  • Azərbaycan dilini səlis bilməlidir, rus ingilis dili arzu olunandır
  • İş təcrübəsi: Satış sahəsində azı 1 il iş stajı
  • Aktiv, çevik, ünsiyyətcil olmalı
  • Satış qabiliyyəti olmalı
  • Dəqiq və işinə qarşı məsuliyyətli olmalı
  • Ünsiyyətcil və yüksək danışıq qabiliyyəti

İşgüzar və hədəf yönümlü, problemləri həll etmə bacarığı olan yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış Təmsilçisi” qeyd edərək şəkilli CV-lərinizi elektron ünvanına göndərməyiniz  xahiş olunur.

#EMSAN #SatışTəmsilçisi #İşElanı #Karyera #MəişətƏşyaları #İşAxtaranlar #Bakıdaİş #Xırdalanİş

Şirkət haqqında

EMSAN 1971-ci ildə Türkiyədə qurulub. 40 ildən çoxdur istifadəçilərinə mətbəx eşqi aşılayan EMSAN 3 ildən çoxdur Azərbaycanda gənc ailələrin və mətbəxdə vaxt keçirməyi sevən bütün qadınların vazkeçilməz seçimləri sırasındadır. 3 il kimi qısa bir müddətdə on minlərlə Müştəri EMSAN AİLƏMİZƏ qoşulmuşdur. Mətbəxini əlinin dəydiyi ləzzətlərlə zənginləşdirmək istəyən qadınlar üçün həmişə daha keyfiyyətli, daha zərif və yeniliklərlə həmişə daha təzə qalmağa davam edəcəyik.

Dəyərlərimiz – Bizimlə birlikdə karyeralarında zirvəyə addımlayan əməkdaşlarımız və çalışanlarımızı ailəsi kimi sevən siz müştərilərimizdir.

Missiyamız – Keyfiyyətli xidmət göstərib, büdcənizə uyğun məhsullar təklif etməkdir.

Vizyonumuz – Azərbaycanda bütün evlərə EMSAN məhsulları ilə xoşbəxtlik gətirməkdir.

Ünvan: Heydər Əliyev Prospekti 167, Bina 1A, Xırdalan şəhəri.

Əlaqə nömrəsi: +994773422401 +994123420222

Vebsayt: emsan.com.az