Sürücü

Bakı şəhəri
03/10/2024
Application ends: 24/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
24/10/2024
700AZN / month

İşin təsviri

Kateqoriya: B və D

Vəzifə öhdəlikləri:

  • Müştəriləri təyin olunmuş yerlərə vaxtında və təhlükəsiz çatdıraraq, satış şöbəsinin təqdim etdiyi sifarişləri dəqiq yerinə yetirmək.
  • Avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız və yüksək səmərəli işləməsini təmin etməklə, düzgün texniki istismarını həyata keçirmək.
  • Müştəri məmnuniyyətini SIXT standartlarına uyğun olaraq təmin etmək.
  • İstifadə etdiyi nəqliyyat vasitəsinin qanuni və texniki tələblərə tam riayətini sağlamaq.
  • Avtonəqliyyat vasitəsinin təmiz və səliqəli saxlanılmasına diqqət göstərmək.

Tələblər:

  • Yaxşı sürücülük bacarıqları ilə yanaşı, yol hərəkəti qaydalarına riayət etmək.
  • Şəhəri yaxşı tanıyaraq, xəritə və naviqasiya sistemlərindən ustalıqla istifadə etmək.
  • Həm Rus, həm də İngilis dillərini bilmək, dil bilikləri ilə müştərilərlə rahat ünsiyyət qurmaq.
  • Təhlükəsiz və rəvan hərəkət trayektoriyasını seçə bilən, peşəkar sürücü.
  • B və D kateqoriyalı sürücülük vəsiqəsi.

İş şərtləri:

  • İş saatları: həftə içi 10:00-18:00, Şənbə günü 10:00-15:00.
  • Əmək haqqı: 700 manatdan başlayaraq + bonuslar.
  • Hər bazar günü tam istirahət.

Necə müraciət etmək olar:

  • Potensial namizədlər öz CV-lərini qeyd edilmiş e-mail ünvanına göndərərək bizimlə əlaqə saxlaya bilərlər. 
  • Şirkət haqqında
  • “SRC” MMC Azərbaycanda rəsmi “SIXT” franşizasını təmsil edir
  • “SIXT” yüksək keyfiyyətli avtonəqliyyat xidmətləri göstərən aparıcı beynəlxalq provayderdir. “SIXT” şirkəti 1912-ci ildə Almaniyanın Münhen şəhərində qurulmuşdur.
  • “SIXT” dünyanın ilk və ən nüfuzlu beynəlxalq avtomobil icarəsi şirkətlərindən biri olaraq – 100 ildən artıqdır ki fəaliyyət göstərir.
  • Bu gün 2200-dən çox filialları olan 105-dən artıq ölkədə təmsil olunuruq. Demək olar ki, dünyanın hər bir böyük şəhərində və dünyanın hər yerində “SIXT” avtomobil icarəsi xidməti göstərməkdədir
  • SIXT brendi ilə biz Azərbaycana dünya standartlarını, bu sahədə olan ən yaxşı təcrübəni və SIXT brendinin tarixini gətiririk. 
  • Yerli təcrübə və resursları, beynəlxalq standartları və SIXT brendinin təcrübəsini birləşdirərək, şirkətimiz icarə bazarında həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə yüksək mövqe tutmağa hazırdır. 
  • Yalnız – SIXT App. – tətbiqi ilə biz, 200,000-dən çox nəqliyyat vasitəsini və onlara bağlı təxminən 1.5 milyon sürücünü dünyanın 105-dən çox ölkəsində müştərilərimizə rəqəmsal girişlə təklif edirik. SIXT, öz avtomobilləri ilə yanaşı, 1500-dən çox mobil tərəfdaşın xidmətlərini də birləşdirərək, mobillik üçün strateji, davamlı və gələcəyə dayanan bir ittifaq yaradır. Dünyanın hər yerində, hər zaman fəaliyyətimizin mərkəzində olan müştərilərimizə hər gün fərdi, çevik və sərhədsiz mobillik təklif edərək, öz avtomobillərinə həqiqi bir alternativ yaradırıq. SIXT – hərəkətdə olan mobillik. 
  • Biz qiymət təklifləri və şərtlər baxımından güzəştə getməyə hazırıq, lakin keyfiyyət baxımından heç vaxt güzəştə getmirik. Buna görə, şirkətimiz müştərilərinə yeni nəqliyyat vasitələri, tam texniki dəstək, həmçinin tam sığorta paketi təqdim edir. 
  • Biz hal-hazırda Socar Downstream, SOCAR-Foster Wheeler Engineering, Silk Way West Airlines, Silk Way Airlines, LUKOIL[1]Azerbaycan, Gənclər və İdman Nazirliyi, PASHA Development, PASHA Sığorta, Tecnicas Reunidas, Baku City Circuit, Avromed, NESS Co., Azersun Holding, PMD Projects, KOLIN İnşaat, JW Marriott Hotel, The Ritz-Carlton Hotel, Four Seasons Hotel və bir çox yerli və beynəlxalq şirkətlərə xidmət göstəririk. 
  • SİXT brendi ilə tərəfdaşlığımız barədə bütün lazımi məlumatlar tələb olunduqda təqdim edilə bilər