Sürücü

BEGOC Biznes Mərkəzi (Hilton otelinin yanı).
25/09/2024
Application ends: 25/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
25/10/2024
700AZN - 800AZN / month

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin təyin etdiyi marşrut üzrə hərəkət etmək;
  • Sifarişlərin təyinat yerinə rahat və təhlükəsiz şəkildə lazımi ünvanlara çatdırılmasını təmin etmək;
  • Şirkət tərəfindən təhkim olunmuş avtonəqliyyat vasitəsini mütəmadi texniki baxışdan keçməsini təmin etmək, təmiz və səliqəli saxlanılmasına nəzarət etmək.

Tələblər:

  • BC kateqoriyalı sürücülük vəsiqəsi;
  • Şəhərdaxili əraziləri yaxşı tanımaq;
  • Yüksək səviyyədə yol hərəkəti qaydaları biliyi;
  • Xidməti zərurətlə əlaqədar şirkətin regiondakı filiallarına və digər regionlara ezamiyyətə getmək;
  • Avtomobillərinin idarə edilməsində 5 ildən az olmayan iş stajı;
  • Yaş həddi: 25-40

İş şəraiti:

  • Əmək haqqı 700-800 azn;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Tibbi sığorta ilə təmin olunma;
  • İş yeri: BEGOC Biznes Mərkəzi (Hilton otelinin yanı).

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin. Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

#Sürücü #Əczaçılıq #Nəqliyyat #Bakıdaİş #Logistika #ZeytunPharma #İşElanı

Şirkət haqqında

“Zeytun Pharmaceuticals” MMC – 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir….


Ünvan: Zərifə Əliyeva 93, BEGOC Biznes Mərkəzi

Əlaqə nömrəsi: +994124047885/ 914

Vebsayt: www.zeytunpharma.az