Tibbi koordinator

Bakı şəhəri, Rəşid Behbudov küçəsi 56, AZ1014 (“OVİR”in yanı)
18/09/2024
Təcili
Application ends: 11/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
11/10/2024

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Tibbi xidmətlər üçün müraciət edən pasiyentin istək, şikayət, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; 
  • Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
  • Lazım gəldiyində pasientlərə müayinələrin seçilməsində tövsiyyələr verir və müayinə nəticələrini interpretasiya edir, nəticələrlə  bağlı izahlar verir, müvafiq maarifləndirmə işi aparır;
  • İstəyə əsasən tibbi xidmətləri təklif edir (Qəbul həkiminə yönləndirir /Chek-up xidmətlər təklif edir / dar ixtisaslı həkimə yönləndirir).

Namizədə olan tələblər:

  • Ali tibbi təhsil (Azərbaycab Tibb Universiteti məzunları);
  • Kişi namizədlər – andrologiya və e-həkim üzrə tibbi koordinator, qadın namizədlər e-həkim üzrə tibbi koordinator:
  • Təcrübə arzuolunandır;
  • Dil biliyi: Azərbaycan dili – əla, rus dili – arzuolunandır;
  • Səlis nitq, yüksək ünsiyyət qabiliyyətli, komandada işləmə bacarığı, stressə davamlılıq.

Qeyd:

  • İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır (əmək haqqı+bonus);
  • Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “Tibbi koordinator” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

#TibbiKoordinator #SağlamAilə #Səhiyyə #Vakansiya #Tibb #Bakı #Andrologiya #ChekUp #E_Həkim #TibbiXidmət

Şirkət haqqında – Sağlam Ailə

2003-cü ildən “Biz xəstəxana deyil, profilaktik müayinə mərkəziyik” idealogiyası ilə fəaliyyətə başlayan Sağlam Ailə Tibb Mərkəzinin əsas hədəfi gənclər arasında nikah öncəsi və profilaktik müayinə mədəniyyətini təbliğ etmək, tibbi maarifləndirmə vasitəsilə gələcəkdə yarana biləcək xəstəliklərin qarşısını almaqdır.

Hal-hazırda mərkəzimizin Bakı, Gəncə və Sumqayıt şəhərlərində 5 filial və 4 “ASAN XİDMƏT” Mərkəzində Qanalma məntəqəsi fəaliyyət göstərir. 

ISO 9001:2008 keyfiyyət standartına malik mərkəzimiz yarana biləcək xəstəliklərin qarşısını almaq məqsədilə yüksək texnologiya əsasında fəaliyyət göstərərək, respublikamızdakı tibb müəssisələri arasında özünəməxsus yerə sahibdir.