İşin təsviri

Vəzifəyə olan tələblər:

  • 21-30 yaş;
  • Ali təhsil;
  • Azərbaycan dilini bilmək (İngilis və Rus dili arzu olunandır);
  • Riyazi düşüncə, təhliletmə bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və çevik qərar vermə bacarığı;
  • Yüksək ünsiyyət qurma və komandada işləmə bacarığı;
  • MS office proqramlarında işləmə bacarığı;
  • Banklarda korporativ satışlar üzrə iş təcrübəsi olan;

Vəzifə öhdəlikləri:

  • Filliallara korporativ müştərilərin cəlb edilməsinə dəstək vermək.
  • Müştərilərin MobilBank xidmətlərinin istifadəsini arıtırılması üzrə işlər aparmaq.
  • Korporativ müştərilərə Bankın struktur bölmələri tərəfindən xidmət olunmasının monitorinqini keçirmək, xidmət strukturlarına dəstək vermək.
  • Mütəmadi olaraq iri korporativ müştərilərlə görüşlər təşkil etmək və xidmətin keyfiyyəti barədə rəylərini öyrənmək.
  • İri korporativ müştərilərlə Şöbənin rəhbərliyinin görüşlərini təşkil etmək.
  • Korporativ satışlarla bağlı mütəmadi təhlillər aparmaq.
  • Bankın korporativ satış şəbəkəsinə yeni müştərilərin cəlb edilməsi işində satış strukturlarına dəstək vermək.
  • Potensial korporativ müştəriləri müəyyənləşdirmək və onlarla biznes əlaqələri yaratmaq.
  • Şöbəyə həvalə olunmuş digər funksiyaları həyata keçirmək.
  • Aylıq planı icra etmək: Əməliyyat gəlirini, dilinq gəlirini formalaşdırmaq.

Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.