Təchizat və logistika şöbəsinin mütəxəssisi

Bakı şəhəri , Badamdar şosesi 165
30/09/2024
Application ends: 18/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
18/10/2024

İşin təsviri

Atlaskorp LLC
Sahə: Distribyutorlar, Mühəndislik, Enerji avadanlıqları və xidmətləri
Vəzifə: Təchizat və logistika şöbəsinin mütəxəssisi
İş yeri: Bakı şəhəri, Badamdard şosesi 165

İşin təsviri:

  • Şirkət prosedurlarına əsasən, təchizat şöbəsinin rəisi tərəfindən verilən təlimatlar əsasında araşdırmalar aparmaq.
  • Tenderlər təşkil etmək, sifarişlər vermək və tədarük prosesində iştirak etmək.
  • Malların/xidmətlərin vaxtında təmin edilməsini təşkil etmək.
  • Təsdiq edilən tələblərin əsasında satınalma sifarişlərinin (PO) hazırlanıb icra edilməsi.
  • Sifarişlərin statusunu mütəmadi olaraq izləmək və müvafiq hesabatlarda qeyd etmək.
  • Satın alınmış malların vaxtında təhvil-təslim edilməsini təşkil etmək, tələbə uyğun olub-olmamasını müəyyən etmək və qeydiyyatını aparmaq.
  • Sifariş edilən mal və avadanlığın anbara logistikasını təşkil etmək.
  • Mövcud nəqliyatçılar siyahısında göstərilən və yeni yerli/xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək.
  • Nəqliyatçılar ilə danışıqlar aparmaq və şirkət üçün ən sərfəli şərtləri razılaşdırmaq.
  • Seçilmiş nəqliyyatçılar ilə müqavilə bağlamaq.
  • Malın Bakı anbarına vaxtında çatdırılmasını təşkil etmək.
  • Gömrük proseduru üçün bütün tələb olunan idaxal/ixrac sənədlərini hazırlayıb şirkət gömrükçüsünə təhvil vermək.

Tələblər:

  • İş təcrübəsi: 3 ildən artıq.
  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili (Rus dili arzuolunandır).
  • Xanım/bəy namizədlər müraciət edə bilər.
  • İş həftədə 5 gün, şənbə və bazar istirahət günləri.
  • İşçi ARƏM uyğun işə qəbul olunacaq.

Əmək haqqı:
İşçinin iş təcrübəsinə əsasən təyin ediləcək.

Müraciət qaydası:
Müraciət üçün CV-nizi [email protected] elektron ünvanına göndərin. Zəhmət olmasa, müraciət zamanı mövzu hissəsində vəzifənin adını qeyd edin.

#Təchizat #Logistika #Nəqliyyat #Vakansiya #Atlaskorp #Bakıdaİş


Şirkət haqqında:
Atlaskorp LLC (ticarət adı: Atlas Corp) müştərilərinin xidmət və məhsul problemlərinin həllinə kömək edən sənaye avadanlıqlarını təqdim edir. Müasir texnologiyaların istifadəsinə əsaslanan texniki imkanları, yüksək texnologiyalı avadanlıqların effektiv paylanması, eləcə də əməliyyat öhdəliklərinin çevikliyi sayəsində Atlaskorp LLC müştəriləri arasında mükəmməl reputasiya qazanmışdır. Şirkət, neft, qaz, kimya, maşınqayırma, gəmiqayırma, tikinti, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, avtomobil, aviasiya, meşə məhsulları və qida sənayesi kimi geniş sahələrdə fəaliyyət göstərir.

Vebsayt: atlas.az