Xarici təchizat üzrə mütəxəssis

BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
02/10/2024
Application ends: 19/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
19/10/2024

İşin təsviri

Ümumi tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
  • Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
  • Səmərəli danışıqların aparılması və yaxşı ünsiyyət bacarıqları;
  • Güclü analitik və problem həll etmə bacarığı;
  • MS Office proqramları biliyi (yaxşı səviyyədə);

Vəzifə öhdəlikləri

  • Hər gün anbar qalığının yoxlanılması;
  • Azalmaqda olan dərman preparatlarının, tibbi ləvazimatların sifarişinin təminatı;
  • Mal qəbulunda verilən sifarişlərin yoxlanılması;
  • Satışda olmayan və ya çətin tapılan məhsulların axtarışı;
  • Tələb olunan vaxtda firmalara satış və qalıqlar barədə hesabatların təqdim olunması;
  • Firmalardan sertifikatların və müqavilələrin tələb olunması;
  • Anbarda olan məhsulların qeydiyyatına nəzarət olunması;
  • Logistika şöbəsinin əməkdaşlarının verilmiş sifariş əsasında xarici şirkətlərin göndərdiyi məhsulların gömrük rəsmiləşdirilməsi üçün zəruri olan sənədlərlə öncədən məlumatlandırılması;

İş şəraiti:

  • İş yeri – BEGOC Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
  • Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur;

Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

#XariciTəchizatMütəxəssisi #Əczaçılıq #ZeytunPharmaceuticals #İşElanı #Təchizatİşləri #Logistika #ƏczaçılıqSektoru #BeynəlxalqTəchizat #Karyeraİmkanları

Şirkət haqqında

“Zeytun Pharmaceuticals” MMC – 09 oktyabr 2014-cü ildə təsis edilmişdir. Ölkə hüdudları üzrə 1200-dən çox apteklərə sahib olan “Zeytun Pharmaceuticals” MMC geniş bir şəbəkəyə malik olmaqla yanaşı ölkənin bütün bölgələrində daxili və xarici bazarlardan təchiz edilmiş dərman vasitələrinin topdan və pərakəndə satışı üzrə fəaliyyətini həyata keçirir. Ölkənin əczaçılıq sektorunda idxalçısı olduğu yüksək keyfiyyətli əczaçılıq məhsulları ilə seçilən Şirkətimiz Azərbaycan səhiyyə sisteminin istər dövlət, istərsə də özəl sektorunda fəaliyyət göstərən səhiyyə qurumlarına və bütün əhaliyə xidmətinlərini göstərməkdədir. Ən əsası Şirkətin qazandığı bütün uğurların özəyi isə loyallılıq və etimadlılıq sütunları üzərində formalaşdırılmış peşəkar heyət və idarəetmə standartlarıdır. Məhz bu peşəkar heyət və idarəetmə standartları hesabına da Cəmiyyətimizin uğurlarının hüdudları bitməzdir….