Yük avtomobili(özüboşaldan) sürücüsü

Bakı şəhəri
05/10/2024
Application ends: 13/10/2024
Apply Now

Bu işə müraciət edin

CV yükləyin (doc, docx, pdf)
Son tarix:
13/10/2024

İşin təsviri

Yük Avtomobili (Özboşaldan) Sürücüsü
Sahə: Nəqliyyat, Paylama və Logistika

Vəzifə (Peşə) Funksiyaları:

  • Yarımqoşqulu özüboşaldan yük avtomobilinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini və düzgün texniki istismarını həyata keçirmək.
  • Yarımqoşqulu özüboşaldan yük avtomobilinin təmir və profilaktik işləri ilə bilavasitə məşğul olmaq.
  • Yarımqoşqulu özüboşaldan yük avtomobilinin işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək.
  • Nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək və aşkar olunan nasazlıqları vaxtında aradan qaldırmaq.
  • Yarımqoşqulu özüboşaldan yük avtomobilinin cari və profilaktik təmirinin keçirilməsini təmin etmək.
  • İstifadə etdiyi yük avtomobilinin texniki baxışlarını həyata keçirmək.
  • İstifadə etdiyi yük avtomobilinin istismarı üzrə təlimatlara, qüvvədə olan yol hərəkəti qaydalarına riayət etmək.
  • Yük avtomobilinin iş rejimini bilmək və daim hazır olmaq.
  • Yük avtomobilinin ehtiyat hissələrinin alınması üçün sifarişlər vermək və hesabatlar tərtib etmək.
  • İstifadə etdiyi yük avtomobilinin sıradan çıxdığı hallarda müvafiq aktların tərtibatında iştirak etmək.
  • Yanacaq alınması üçün kartların əldə edilməsi və təhvil verilməsi.
  • Spidometrin göstəricilərini müntəzəm yoxlamaq və qeyd etmək.
  • Yanacaq, yağ və hidravlik maye səviyyələrini yoxlamaq.
  • İdarəetmə vasitələrinin, əyləclərin, işıqların və təhlükəsizlik xüsusiyyətlərinin düzgün işləməsini təmin etmək.
  • Yükün ağırlığını və dayanıqlığını qiymətləndirmək.
  • Qaldırma və yerdəyişmə zamanı təhlükəsizlik qaydalarına riayət etmək.
  • Yük avtomobilinin sürücüsü müəssisənin daxili qaydalarına riayət etməlidir.

Məsuliyyət:

  • Müvafiq vəzifə borclarını yerinə yetirmədikdə.
  • Yol verdiyi hüquq pozmalarda.
  • Maddi ziyan vurduqda.
  • Məxfi məlumatları saxlamaqda.
  • Xidməti subordinasiyanı pozduqda.

Tələblər:

  • Sürücülük vəzifəsi üzrə 3 ildən az olmayan iş təcrübəsi.
  • B, C, E kateqoriyaları üzrə sürücülük vəsiqəsi.
  • Xarici pasport.
  • TAXO kartı.
  • Beynəlxalq yük daşıması üçün xüsusi şəhadətnamə.
  • Yarımqoşqulu özüboşaldan yük avtomobilinin istismarı üzrə təlimatlara riayət etmək.

Müraciət:

CV-nizi müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Müraciət üçün son tarix: 13.10.2024

#YükAvtomobili #Sürücü #Logistika #Vakansiya #Bakıdaİş #KaryeraImkanları #Sürücü #Nəqliyyat